Gəncədə yanğın - 3 nəfər zəhərlənib

Gəncədə yanğın - 3 nəfər zəhərlənib
  27 İyul 2014    Oxunub:835
Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 280 kv.m olan kommunal tipli, 4 ailəyə məxsus birmərtəbəli yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər qadın və 2 azyaşlı uşaq tüstüdən boğulmuş vəziyyətdə Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Digər mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti