Riçard Qrenell: “Ukraynanın nüvə silahı olmayıb”

“Gəlin, Budapeşt Memorandumuna münasibətə aydınlıq gətirək: nüvə silahları Rusiyaya məxsus idi və bunlar arsenalın qalıqları idi. Ukrayna nüvə silahını Rusiyaya qaytardı. Bu, Ukraynanın deyildi. Bu, naqolay faktdır”, - Qrenell “X” sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, 1994-cü il dekabrın 5-da Budapeştdə Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniya Kiyevin Nüvə Silahlarının yayılmaması müqaviləsinə (NPT) qoşulması ilə bağlı Təhlükəsizlik zəmanətləri Memorandumu imzalayıblar. Ukrayna NPT-yə qoşulmaq və tərksilah müqabilində beynəlxalq təhlükəsizlik zəmanəti aldı.
Təhlükəsizlik qarantları rolunda Rusiya, ABŞ və Böyük Britaniya təhlükəsizlik çıxış etdilər, sonradan Fransa və Çin də onlara qoşuldular. Qeyd edək ki, SSRİ-nin dağılması nəticəsində Ukrayna nüvə başlıqlarının sayına və onların çatdırılma vasitələrinə görə ABŞ və Rusiyadan sonra dünyada üçüncü yeri tuturdu.
2022-ci ilin yanvarında Ukrayna prezidenti Volodimir Zelenski SSRİ dağılarkən Kiyevin nüvə silahından imtina etməsinin böyük səhv olduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az