Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

 Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
  25 Mart 2025    Oxunub:863
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.

Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir.

Qoy, bu əziz bayram Sizin və ölkənizin bütün xalqı üçün sülh, sevinc və yeni nailiyyətlərlə əlamətdar olsun".

AzVision.az


Teqlər: Türkmənistan   Prezident   təbrik  





Xəbər lenti