İranın xarici işlər naziri: "Müharibəyə hazırıq"

      İranın xarici işlər naziri:    "Müharibəyə hazırıq"
  24 Mart 2025    Oxunub:1085
İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: “”Maksimum təzyiq kampaniyası” adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün edir. Bu, bizim qəti və aydın siyasətimizdir. ABŞ-nin İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq".

“Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik”, - o, əlavə edib.

Nazir, həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: “Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq”.

AzVision.az



Teqlər:





Xəbər lenti