İran XİN başçısı İrəvana səfər edib

İran XİN başçısı İrəvana səfər edib
  24 Mart 2025    Oxunub:814
İranın xarici işlər naziri Abbas Araqçi İrəvana səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Abbas Araqçini hava limanında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan qarşılayıb.

Səfər çərçivəsində onun rəsmilərlə görüşləri planlaşdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti