2 nəfər yol terrorunun qurbanı oldu

2 nəfər yol terrorunun qurbanı oldu
  27 İyul 2014    Oxunub:792
Sumqayıt və Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Sumqayıtda şəhər sakinləri Toğrul Hüseynalıyevin və Zülal Hacıyevin idarə etdikləri “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Z.Hacıyev hadisə yerində ölüb, onun maşınında olan sərnişinlər - Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Qaxda isə rayon sakini Ramazan Mustafayevin idarə etdiyi “VAZ-21043” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. R.Mustafatev hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti