Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ danışıqları başlayıb

Səudiyyə Ərəbistanında Ukrayna-ABŞ danışıqları başlayıb
  23 Mart 2025    Oxunub:1433
Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna nümayəndə heyətləri arasında danışıqlara start verilib.
Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, görüş Ər-Riyadda keçirilir. Hazırda enerji və digər mühüm obyektlərin mühafizəsi məsələsi müzakirə olunur.

"The Times"ın məlumatına görə, ABŞ nümayəndələri hazırda Ukrayna rəsmiləri ilə danışıqlar aparır. Rusiya tərəfi ilə görüşlər sabah baş tutacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti