Əkrəm İmamoğlunun həbsinə qərar verildi

Əkrəm İmamoğlunun həbsinə qərar verildi
  23 Mart 2025    Oxunub:1202
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.
AzVision.az xəbər verir ki, dünən axşam saatlarında başladılan proses gecə boyunca dava edib və Əkrəm İmamoğlu da daxil olmaqla bütün şübhəlilərin yenidən ifadələri alınıb.

İttihamlar arasında PKK/KCK terror təşkilatına maddi dəstək vermək, saxta yollarla dövlət vəsaitinin mənimsənilməsi, şəhərdə keçirilən tenderlərə müdaxilə, xüsusi cihazlarla İstanbulun bütün əhalisinin təqibə alınması, rüşvət kimi maddələr də var.

Bir neçə gün əvvəl başlayan proseslə bağlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl tərəfdarlarını ölkənin müxtəlif bölgələrində toplanaraq etiraz aksiyaları keçirməyə çağırıb. Buna əsasən, bu gecə də İstanbul və Ankara başda olmaqla bir qrup CHP-li ölkənin fərqli bölgələrində qanunsuz mitinqlər keçirməyə çalışıblar.

Bununla bağlı açıqlama verən Türkiyənin daxil işlər naziri Ali Yerlikaya bu gecə daha 323 təxribatçının saxlanıldığını, dövlətin malına zərər verməyi hədəfləyən heç bir təxribata izin verilməyəcəyini bildirib.

Nazir bu gecə İBB qarşısında toplanan təxribatçılar tərəfindən polis əməkdaşlarına daş və butulka kimi vasitələrlə yanaşı, kimyəvi maddə atıldığını, Ankarada isə bəzi təxribatçıların təhlükəsizlik qüvvələrinə balta kimi kəsici alətlərlə hücum edildiyini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti