Moskva Zaporojye AES-i heç kimə vermək istəmir

“Mən bir şeyi deyə bilərəm: demək olar ki, yüz faiz ehtimalla, nə qədər istəsələr də, təbii olaraq heç kim bizim stansiyaya nəzarət etməyəcək. Ümumiyyətlə, hansısa danışıqlar nəticəsində belə bir şeyin baş verdiyi hallardan xəbərim yoxdur. Bu stansiya Rusiya Federasiyasına məxsusdur. O, bizim tərəfimizdən idarə olunacaq və Rusiya qanun-qaydalarına uyğun fəaliyyət göstərəcək”, - Çerniçuk iddia edib.
Xatırladaq ki, bundan əvvəl Vaşinqton Amerika lideri Donald Tramp və Volodimir Zelenski arasında telefon danışığından sonra ABŞ-nin Ukraynaya AES-lərin istismarında kömək edə biləcəyini bildirmişdi. Sənəddə deyilir ki, bu stansiyalara Amerika sahibliyi bu infrastruktur üçün ən yaxşı müdafiə olacaq.
Daha sonra Zelenski Trampla söhbətin Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən Zaporojye AES stansiyasından getdiyini açıqlayıb.
Avropanın ən böyük atom elektrik stansiyası və ümumi gücü 6 giqavat olan 6 enerji blokuna malik Zaporojye AES 2022-ci ilin mart ayında Rusiya tərəfindən zəbt edilib.
Sahil İsgəndərov
AzVision.az