ABŞ Ermənistan-Azərbaycan probleminin həlli prinsiplərini necə görür?

   ABŞ Ermənistan-Azərbaycan probleminin həlli prinsiplərini necə görür?
  22 Mart 2025    Oxunub:773
Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff jurnalist Taker Karlsona müsahibəsində ABŞ-nin dünyanın müxtəlif yerlərində münaqişələrin həlli strategiyasından danışaraq, Vaşinqtonun Ermənistan-Azərbaycan nizamlanmasında iştirakına eyham vurub.
AzVision.az xəbər verir ki, Vitkoffun fikrincə, əgər münaqişənin dialoq yolu ilə həll olunacağına inam yoxdursa, “Niyə mən öz vaxtımı və ya ABŞ-nin vaxtını itirməliyəm?” ritorik sualını səsləndirib.

“Bundan da pisi odur ki, mən niyə prezidentin yanına gedib ona tövsiyə edim ki, nəyisə dialoqla bitirə bilərdik? Sonra effektiv hərəkət edəcəyimizi deyim, amma o qədər də effektli ola bilməyəcəyik?”, - ABŞ prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

Uitkoff bu məsələ ilə məşğul olmasdan, hansısa qiymətləndirmə aparmadan qayıdıb prezidentə “düşünürəm ki, dialoqu bitirə bilərik” demək yaxşı siyasi resept deyil.

- Bu belə deyil. Yeri gəlmişkən, bu hesablamalar iranlılarla da, ruslar və ukraynalılarla da eyni cür olacaq. Azərbaycan və Ermənistanla da belə olacaq”, - amerikalı məmur bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uitkoff   Azərbaycan   Ermənistan  





Xəbər lenti