Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub
  22 Mart 2025    Oxunub:822
Türkmənistanın Berzengi sanatoriyasında ağacəkmə kampaniyası çərçivəsində ənənəvi “Dünya mətbəxi” müsabiqəsi keçirilib.
AzVision.az Türkmənistanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlar iştirak edib. Azərbaycanı bu tədbirdə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi təmsil edib.

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin məlumatına istinadən xəbər verir ki, Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, qədim adət-ənənələr, dekorativ-tətbiqi sənət nümunələri və Novruzun əsas atributları sərgilənib.


Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinə böyük maraq göstəriblər. Qonaqlara milli mətbəx nümunələri də təqdim edilib.
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov da ölkə rəsmiləri ilə birgə Azərbaycan stendi ilə tanış olub. Azərbaycan Səfirliyinə tədbirdə xüsusi iştiraka görə sertifikat təqdim edilib.


Azərbaycan Səfirliyinin nümayəndələri Novruz bayramının ortaq dəyərlərindən bəhs edərək, bu bayramın sülh, dostluq və birliyi səciyyələndirdiyini vurğulayıblar.

AzVision.az


Teqlər: Türkmənistan   Azərbaycan   stend  





Xəbər lenti