Rusiya XİN: ATƏT-in Minsk Qrupu çərçivəsində işin bərpası mümkün deyil

      Rusiya XİN:    ATƏT-in Minsk Qrupu çərçivəsində işin bərpası mümkün deyil
  20 Mart 2025    Oxunub:796
"ATƏT-in Minsk Qrupu çərçivəsində işin bərpası mümkün deyil".

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son zamanlar Rusiya ilə ABŞ arasında təmasların bərpa olunmasının Minsk qrupu mövzusu ilə heç bir əlaqəsi yoxdur.

Zaxarova Rusiyanın ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyib.

O, Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərini 2022-ci ilin fevralından sonra rusiyalı həmsədrlə əməkdaşlığı dayandırdıqlarını, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişdiyini xatırladıb.

Zaxarova qeyd edib ki, bütün bunlardan sonra ATƏT-in Minsk Qrupu öz aktuallığını itirib: "İki həmsədr qrupda fəaliyyətini dayandırandan, yuxarıda sadaladığım faktorlardan sonra hansı Minsk Qrupundan söhbət gedə bilər?!"

Rusiya XİN sözçüsü ATƏT-in Qarabağ nizamlanması ilə bağlı bütün strukturlarının buraxılmalı olduğunu vurğulayıb. Əlavə edib ki, bunu optimal yolu Bakı və İrəvanın birlikdə ATƏT-in qeyd olunan institutlarının ləğv olunması təklifi ilə çıxış etməsidir.

AzVision.az



Teqlər:





Xəbər lenti