Sözcü: İmamoğlunun həbsi ilə bağlı qərar martın 23-də verilə bilər

      Sözcü:    İmamoğlunun həbsi ilə bağlı qərar martın 23-də verilə bilər
  20 Mart 2025    Oxunub:583
Türkiyədə saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı qərar martın 23-də verilə bilər.
Bu barədə “Sözcü” telekanalı məlumat yayıb. Qeyd olunub ki, İmamoğlu və digər müttəhimlər korrupsiya və terrora dəstək ilə bağlı aparılan istintaq çərçivəsində şənbə günü axşam və ya bazar günü axşam məhkəmə qarşısına çıxacaqlar.

Belə ki, martın 20-də səhər saatlarında saxlanılan şəxslər ifadə verməyə başlayıblar. İstanbul meri həbs olunarsa, bələdiyyə İstanbul valisi Davud Gülün rəhbərlik edəcəyi kənar idarəetməyə keçəcək.

Qeyd olunub ki, istintaq Cümhuriyyət Xalq Partiyasındakı (CHP) “pul sayma” görüntüləri ilə bağlı aparılan araşdırma çərçivəsində ifadə verən şahidlərin İmamoğlu və bir çox şəxsin iş adamlarınından pul tələb etdikləri, bəzi iş adamları ilə birlikdə qanunsuz qazanc əldə etdikləri, vasitəçi şəxslər üzərindən alqı-satqı edərək qanunsuz yolla əldə edilmiş çirkli pulları yuduqları və pul köçürmələri zamanı “gizli fond” kimi tanınan mülki şəxslərdən istifadə etdikləri barədə ifadələri əsasında başladılıb.

İstintaq çərçivəsində Əkrəm İmamoğlunun cinayətkar qruplaşmanın rəhbəri olduğu, Beylikdüzü Bələdiyyə başçısı olduğu dövrdən etibarən yanında olan və ona bağlı şəxsləri İBB sədri olduqdan sonra Böyükşəhər Bələdiyyəsinin idarələrinə və törəmə şirkətlərinə rəhbər vəzifələrə gətirdiyi qeyd edilib. Açıqlamada, bu cinayətkar qruplaşmanın fəaliyyətini davam etdirmək məqsədilə öz daxilində struktur yaratdığı, bir çox bələdiyyə törəmə şirkətində qanunsuz tenderlər vasitəsilə “tenderə müdaxilə”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “rüşvət” kimi cinayətləri təşkilatlı şəkildə törətdiyi müəyyən edilib.

İstintaqda cinayətkar təşkilatın rəhbəri kimi müəyyən edilən İmamoğlu başda olmaqla ümumilikdə 100 nəfər barəsində sadalanan və bir çox bu kimi cinayətlərdən saxlanılma, axtarış və əmlakının dondurulması ilə bağlı təlimat verilib.

AzVision.az



Teqlər: Türkiyə   Həbs  





Xəbər lenti