Pentaqon Yaponiyaya yeni qoşun göndərməyəcək

 Pentaqon Yaponiyaya yeni qoşun göndərməyəcək
  20 Mart 2025    Oxunub:611
ABŞ Müdafiə Nazirliyi xərclərin azaldılması kampaniyası çərçivəsində Yaponiyada hərbi kontingentinin sayının artırılmasını dayandırmağı planlaşdırır.
Bu barədə CNN telekanalı Pentaqonun sənədinə istinadən məlumat yayıb. Qeyd olunub ki, idarə birgə komandanlığın hazırlanmasına cavabdeh olan bölmənin ləğvi imkanını da nəzərdən keçirir.

Hazırda Yaponiyada dəniz piyadaları diviziyası da daxil olmaqla 50 mindən çox Amerika əsgəri yerləşdirilib. ABŞ hərbi obyektlərinin böyük əksəriyyəti cənubdakı Okinava adasında cəmləşib.

AzVision.az


Teqlər: ABŞ   Pentaqon  





Xəbər lenti