İrəvan türkiyəli jurnalistlərə nə qədər xərcləyib?

   İrəvan türkiyəli jurnalistlərə nə qədər xərcləyib?
  19 Mart 2025    Oxunub:498
Ermənistan hakimiyyəti Türkiyənin 10 media orqanının nümayəndələri üçün media turuna sərf etdiyi xərclərin məbləğini açıqlayıb.
AzVision.az Ermənistanın baş nazirinin dəftərxanasındakı “İnformasiya Azadlığı Mərkəzi” ictimai təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, türkiyəli jurnalistlərin nəqliyyat, yaşayış və yemək xərclərinin ümumi məbləği təxminən 18,8 min dollar təşkil edib.

Bu xəsaitin 5 min dollardan bir qədər çoxu Türkiyədən və geriyə uçuşa, 663 dolları Ermənistanın özündə nəqliyyat xərclərinə, 5,8 min dolları yaşayışa, 4,5 min dolları qidaya, 2,5 min dolları isə otel otağının kirayəsi və ekspert müzakirəsinin təşkili üçün avadanlıqların alınmasına xərclənib.

Mirzoyan türkiyəli jurnalistlərlə bağlı iraddan qəzəblənib
Hesabatda türkiyəli jurnalistlərin heç bir ezamiyyət pulu və ya başqa ödəniş almadıqları bildirilir.

Xatırladaq ki, Ermənistan tərəfinin dəvəti ilə ötən həftə İrəvana gələn bir qrup türkiyəli jurnalist ilk dəfə olaraq bu ölkənin baş naziri Nikol Paşinyandan müsahibə götürüblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   Türkiyə   jurnalistlər  





Xəbər lenti