Şimali Koreya “Bitkoin” ehtiyatına görə dünyada üçüncüdür

   Şimali Koreya “Bitkoin” ehtiyatına görə dünyada üçüncüdür
  19 Mart 2025    Oxunub:450
Bitkoinlərin sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yeri Şimali Koreya tutur.
AzVision.az “The Times” nəşrinə istinadən xəbər verir ki, Şimali Koreyanın ən böyük və ən uğurlu “Lazarus” kiber təşkilatı keçən ay rekord oğurluqdan sonra 1,15 milyard dollar dəyərində 13 580 bitkoinə sahibdir.

Kriptovalyuta sahiblərini müəyyən etmək üçün süni intellektdən istifadə edən “Arkham Intelligence” şirkətinin məlumatına görə, Pxenyan bu məsələdə yalnız Britaniyadan (5,06 milyard dollar), ABŞ-dən (ən azı 16,47 milyard dollar) geri qalır. Belə ki, bu ölkələr də öz aktivlərini cinayətkarlara məxsus vəsaitlərin müsadirəsi yolu ilə əldə edib.

Həm də “TraderTraitor” kimi tanınan “Lazarus” qrupu dünyanın ən uğurlu cinayətkar təşkilatlarından biridir. Onun gəliri Koreya Xalq Demokratik Respubıikasının lideri Kim Çen In üçün “xilaskar” rolunu oynayır və Şimali Koreya ordusunu, xüsusən də silah istehsalını maliyyələşdirir. Qeyd edək ki, 2023-cü ildə Şimali Koreya müdafiəyə 1,43 milyard dollar xərcləyib.

ABŞ-nin Federal Təhlükəsizlik Bürosu (FTB) qrupun keçən ay “Bybit” kriptovalyuta birjasında rəqəmsal reyd zamanı 1,56 milyard dollardan çox “Ethereum” kriptovalyutasını oğurladığını bildirib. 2023-cü ildə Şimali Koreya müdafiəyə 1,43 milyard dollar xərcləyib.

“Şimali Koreyalı hakerlər keçən il təxminən 799 milyon dollarlıq kriptovalyuta oğurlayıblar. Şimali Koreya hökuməti üçün işləyən cinayətkar dəstələr tərəfindən kriptovalyuta oğurluqları 2024-cü ildə belə əməllər nəticəsində dünya üzrə oğurlanan 2,21 milyard dolların 35%-ni təşkil edib”, - müvafiq qurumların son hesabatında bildirilir.

Keçən il BMT paneli belə qənaətə gəlib ki, Şimali Koreya nüvə və ballistik raket proqramlarının 40%-ə qədərini “cinayətkar kiber imkanlar” hesabına maliyyələşdirir.
Qeyd edək ki, martın 19-u səhərə olan məlumata görə, bitkoinin məzənnəsi 83,5 min dollardan çoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pxenyan   bitkoin   ehtiyatlar  





Xəbər lenti