BMT: "Qəzzanın bombalanması insafsızlıqdır"

      BMT:    "Qəzzanın bombalanması insafsızlıqdır"
  18 Mart 2025    Oxunub:481
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzza və İordan çayının qərb sahili üzrə humanitar koordinatoru Mühənnəd Hadi İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağını yenidən bombalamağa başlamasına reaksiya verib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi (Fələstin üzrə) Ofisi bəyanat yayıb. Bəyanat aviazərbələr nəticəsində Qəzza zolağında yüzlərlə insanın öldüyünü təsdiqləyir.

"Bu, insafsızlıqdır. Yenidən dərhal atəşkəs rejiminə qayıdılmalıdır. Qəzza sakinləri ağlasığmaz əzablara dözüblər. Hərbi əməliyyatların dayandırılması, davamlı humanitar yardım, əsirlərin azadlığa buraxılmaları və əsas xidmətlərin, insanların dolanışıq vasitələrinin bərpası irəliyə doğru yeganə yoldur", - Mühənnəd Hadi vurğulayıb.
BMT Təhlükəsizlik Şurası toplanır

Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. BMT-nin Təhlükəsizlik Şurası vəziyyətin müzakirəsi ilə əlaqədar bu gün xüsusi iclas keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   Qəzza   İsrail   müharibə  





Xəbər lenti