Trampın reytinqi rekord həddə çatıb

   Trampın reytinqi rekord həddə çatıb
  17 Mart 2025    Oxunub:573
Amerikalıların ABŞ prezidenti Donald Trampı dəstəkləməsi reytinqi rekorda imza atıb - 47%.
AzVision.az xəbər verir ki, “NBC News” telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, həmçinin 2004-cü ildən bəri ABŞ-nin inkişafı üçün ən yüksək dəstək reytinq qeydə alınıb. Hərçənd, vətəndaşların əksəriyyəti hələ də ölkənin yanlış yolda olduğunu düşünür.

Ən böyük dəstəyi Trampın miqrasiya siyasəti qazanıb - respondentlərin 56%-i bundan razıdır. Rəyi soruşulanların 47%-i dövlət aparatında radikal ixtisarların aparılmasını bəyənir. Əhalinin 41% prezidentin NATO və Ukrayna ilə bağlı kursunu dəstəkləyir, 40% isə onu buna görə tənqid edir.

Demokrat Partiyası dəstək reytinqində tarixi minimum səviyyəsinə enib. Respondentləri cəmi 27%-i, demokratların isə 59%-i bu partiya haqqında müsbət fikirdədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   reytinq   rekord  





Xəbər lenti