Bakıda 22 qumbara tapıldı

Bakıda 22 qumbara tapıldı
  17 Mart 2025    Oxunub:658
Bakının Nərimanov rayonu, 7-ci köndələn küçəsində hərbi sursatlar aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 21 ədəd F-1 əl qumbarası, 9 ədəd 7x62 mm-lik mərmi və 1 ədəd təlim üçün F-1 əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



AzVision.az



Teqlər:





Xəbər lenti