Kiyevin "Kursk macərası" bitir

   Kiyevin "Kursk macərası" bitir
  17 Mart 2025    Oxunub:664
Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən (VSU) tam azad edilməsi üçün yalnız bir yaşayış məntəqəsi qalıb. Bu, Qornaldır.
AzVision.az xəbər verir ki, bu barədə "Gazeta" məlumat yayıb.

Qeyd edilib ki, Rusiya hərbçiləri dünən Quevo və Qoqolevkanı Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən təmizləyiblər.
"Birinci yaşayış məntəqəsi düşmənin ən güclü istehkam sahəsi qurduğu ərazi olub. Lakin Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri müdafiəni yarıb ərazini təmizləyiblər", - məqalədə yazılıb.

“Ukraynalılar Kurskdan niyə və necə çıxıblar?” - NYT
Nəşr Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Qornalda şiddətli döyüşlərin getdiyini qeyd edib. Rusiya ordusunun əsgərləri hücuma keçiblər və artıq ərazinin təxminən 50% azad edilib.

Martın 13-də “Şimal” qüvvələr qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kurskun 2024-cü ilin avqustunda başlamış işğalına son qoyulması üzrə əməliyyatın yekun mərhələsinə çatdığını məruzə etmişdi.

Bundan əvvəl Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kursk   Ukrayna  





Xəbər lenti