Şimali Makedoniya Prezidenti İlham Əliyevə təşəkkür etdi

   Şimali Makedoniya Prezidenti İlham Əliyevə təşəkkür etdi
  13 Mart 2025    Oxunub:433
Ölkələrimizi birləşdirən başqa bir cəhət də var. Azərbaycan odlar diyarıdır. Mən də həmçinin günəş ölkəsindən gəlmişəm və günəş, makedoniyalı şairlərimizdən birinin qeyd etdiyimi kimi, insanın qızdıra biləcəyi ən qədim oddur.
Bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

“Mən dost Azərbaycan Respublikasına rəsmi səfərim zamanı son bir neçə gün ərzində bu istiliyi hiss etdim. Səmimi qonaqpərvərliyə görə, cənab Prezident İlham Əliyev, Sizə təşəkkür edirəm”, - deyə xanım Qordana Silyonovska-Davkova söyləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti