Kanada Suriyaya qahmar çıxır

   Kanada Suriyaya qahmar çıxır
  13 Mart 2025    Oxunub:536
Kanada Suriyaya qarşı maliyyə sanksiyalarını yumşaldıb, bu ölkəyə səfir göndərəcək.
Bu barədə Kanadanın Suriya üzrə xüsusi nümayəndəsi Ömər Əlğəbra özünün "X" hesabında bəyanat yayıb. O vurğulayıb ki, rəsmi Dəməşqin müvəqqəti hökumətinin beynəlxalq dəstək axtarması fonunda Kanada əhəmiyyətli rol oynaya bilər.

"Kanada bütün Suriya vətəndaşlarının hüquqlarına hörmətlə yanaşan inklüziv ölkə qurulmasına öz töhfəsini verə, bu ölkənin yenidən xaosa, qeyri-sabitliyə düşməsinin qarşısını ala bilər", - Əlğəbra bildirib.
ABŞ Suriya ilə SDQ arasında razılaşmanı alqışlayır

Onun sözlərinə görə, Kanada həmçinin Suriyaya 84 milyon dollar humanitar yardım ayıracaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Kanada   Suriya   danışıqlar   yardım  





Xəbər lenti