Şura regionlarda ictimaiyyətlə görüşüb

Şura regionlarda ictimaiyyətlə görüşüb
  26 İyul 2014    Oxunub:891
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şuranın təşəbbüsü ilə bir neçə regionda ictimaiyyət nümayəndələri ilə geniş tərkibdə görüş keçirilib.
İlk görüş Lənkəran şəhərində olub. Lənkəran icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə kəndlərin icra nümayəndələri, bələdiyyə sədrləri, yerli QHT rəhbərləri, ziyalılar, şəhər ictimaiyyətinin və media qurumlarının təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov son illərdə Lənkəranda həyata keçirilən abadlıq-quruculuq işləri haqqında toplantı iştirakçılarına məlumat verib. İ. Rəhimov rayonda vətəndaş cəmiyyəti qurumlarının inkişafı üçün yaradılan şəraitdən və dövlət orqanları ilə ictimai sektor arasında qurulan səmərəli əməkdaşlıq münasibətlərindən danışıb.

Toplantıda məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov son illərdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində ardıcıl həyata keçirilən dövlət siyasətinin mahiyyəti, təmsil etdiyi qurumun QHT-lərə göstərdiyi dəstəyin müxtəlif istiqamətləri, maliyyələşdirilən layihələr, beynəlxalq əlaqələrin vəziyyəti, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, ictimai sektorun davamlı fəaliyyətini təmin etmək üçün görülən işlər, QHT-hökumət münasibətləri barədə iştirakçılara ətraflı məlumat verib. Fərasət Qurbanov məruzəsində həmçinin QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə əlaqədar ictimai təşkilatların üzərinə düşən vəzifələrə də toxunub.

Tədbirdə çıxış edən şəhər ictimaiyyətinin müxtəlif nümayəndələri və təşkilat sədrləri vətəndaş cəmiyyətinin maliyyə əsaslarının möhkəmləndirilməsi, QHT-lərə çoxsaylı xidmətlərin göstərilməsi sahəsində dövlətin həyata keçirdiyi işləri yüksək qiymətləndirdiklərini və bu fəaliyyətin ölkənin regionlarında da genişləndirilməsinin vacibliyini bildiriblər.

Toplantının sonunda Şura Katibliyinin icraçı direktoru yerli təşkilatların QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə əlaqədar yaranan məsələlərlə bağlı suallarını cavablandırıb.

Bu gün Şura həmçinin Samuxda “QHT-lərin müsbət təcrübəsinin təbliği və Region QHT-lərinin inkişaf etdirilməsi” mövzusunda konfrans keçirib. Toplantıda çıxış edən Şura Katibliyinin aparıcı məsləhətçisi Şahin Məhərrəmov region QHT-lərinni inkişafı üçün görülən işlər, vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Bu gün eyni zamanda Şura üzvü Əliməmməd Nuriyev Bərdədə, bir neçə gün öncə isə Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlı Saatlıda analoji tədbirlərdə iştirak edərək vətəndaş cəmiyyətinin inkişafı və qarşısında duran vəzifələr haqqında çıxış ediblər.


Teqlər:





Xəbər lenti