AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov deyib.
Qeyd olunub ki, itkin düşmüş 3 min 983 nəfərdən 3 min 209-u hərbçi, 774-ü isə mülki şəxslərdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamışlar, 116-sı qadın, 315-i isə yaşlı insanlardır.
AzVision.az