![]() |
Türkiyə Avropanın silah bazarına daxil olur |
"Baykar" və "Leonardo" arasındakı razılaşma Türkiyə ilə İtaliyada PUA-ların yerli məhsullar hesabına yığılmasını nəzərdə tutub. Prosesdə "Leonardo"nun elektronika və radarları ilə yanaşı "Baykar" platformalarından da istifadə ediləcək: "Bir sözlə, razılaşma bərabər bölgüdə, 50-nin 50-yə prinsipi ilə ortaq müəssisənin yaradılmasını nəzərdə tutur".
Avropada PUA-larla bağlı sertifikatlaşdırmanı asanlaşdıracaq müştərək müəssisənin yaradılması "Baykar" və "Leonardo" arasında beş aylıq gərgin danışıqlardan sonra mümkün olub. "Leonardo" şirkətinin baş direktoru Roberto Cingolani deyib: “Avropada pilotsuz texnologiyalar sahəsində boşluq var və bu addım belə çətin zamanda təhlükəsizlik üçün əsas amil sayılır”.
Onun sözlərinə görə, İtaliya şirkətinin istehsal edəcəyi ilk prototip "Baykar"ın məşhur "Akıncı" pilotsuz təyyarəsinin bir il sonra ərsəyə gələcək versiyası olacaq.
Xatırladaq ki, ötən ay İtaliyanın müdafiə nəhəngi olan “Leonardo” konserninin “Baykar”la strateji əməkdaşlıq müqaviləsi bağlamağa yaxın olması barədə məlumatlar yayılmışdı.
Tural Tağıyev
AzVision.az