Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  06 Mart 2025    Oxunub:454
2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti