Sərhəddən narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirilib

   Sərhəddən narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirilib
  06 Mart 2025    Oxunub:464
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Qeyd olunub ki, Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti