Rusiya səfirliyinin əməkdaşının oğlu terror aktı hazırlayırmış

Tarix müəlliminin özü qurbanlar siyahısında olmasa da, şagird fizika və rus dili müəllimləri ilə məşğul olmaq niyyətini gizlətməyib. Məlumatlara əsasən, yeniyetmənin fizika üzrə göstəriciləri çox aşağı olub - ilin birinci yarısında o, “D” qiymətini alıb. Şagird, həmçinin terror planını təsvir etdiyi dəftərini təhvil verdiyi gün rus dilindən də uğursuz qiymətə “layiq” görülüb.
Rus dili müəllimi sonradan gəncin ona nifrətlə baxdığını xatırlayıb. Qurbanlar arasında məktəbin mühafizəçisi və bir neçə başqa şagird də var. Məktubunda yeniyetmə əsəb böhranı, valideynləri ilə problem və müəllimlərin haqsız rəftarına görə güllə-boran təşkil etmək istədiyini yazıb.
Şagird dərhal saxlanılıb. Məlum olub ki, o, planlarını dostu ilə bölüşüb, məktəbi yandırmaq niyyətindən danışıb, saniyəölçəndən istifadə edərək mərtəbələr arasında hərəkət vaxtını hesablayıb, qaçış yollarını və hücumun digər detallarını hazırlayıb. Onun evinə baxış zamanı pnevmatik tüfəng aşkar edilib.
Mütəxəssislər yeniyetmənin öz hərəkətlərini dərk və ya onlara nəzarət edə bilmədiyi qənaətinə gəliblər. Bundan əlavə, şagird ixtisaslaşdırılmış müəssisədə qeydiyyatdadır. Nəticədə məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə qərar çıxarıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya məktəbli terror