Maştağada 2 tondan çox yararsız toyuq əti aşkarlanıb

Maştağada 2 tondan çox yararsız toyuq əti aşkarlanıb
  06 Mart 2025    Oxunub:501
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Elsevər Yunis oğluna məxsus ev quşlarının kəsimi müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı müəssisədə baytarlıq-sanitariya tələblərinə əməl edilmədiyi, izləmə sisteminin qurulmadığı məlum olub, eyni zamanda soyuducu anbarda baytarlıq sənədi olmayan və istifadə müddəti bitmiş müxtəlif istehsalçılara məxsus 2040 kq toyuq əti aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti