Rusiya Ukraynaya hava zərbələrini gücləndirə bilər

   Rusiya Ukraynaya hava zərbələrini gücləndirə bilər
  06 Mart 2025    Oxunub:525
ABŞ-dən kəşfiyyat məlumatları olmasa, Ukraynanın Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərini vurmaq qabiliyyəti daha da azalacaq.
AzVision.az xəbər verir ki, Amerikanın “Müharibənin Tədqiqi İnstitutu (ISW)”nun yazdığına görə, kəşfiyyat məlumatlarının bölüşdürülməməsi Ukraynanı zəiflədəcək və Rusiya təyyarələrinə daha aqressiv hərəkət etməyə imkan verəcək, habelə Ukrayna ərazisinə zərbələr endirməsi məsafəsini azaldacaq.

“Bu, əvvəllər Ukraynanın Rusiya xəttinin arxasındakı hərbi hədəflərə zərbələri ilə məhdudlaşdırılan Rusiya aviasiyasını gücləndirəcək, hava hücumlarının tezliyini və effektivliyini artıracaq. Halbuki, Ukraynanın Rusiya ərazisindəki sursat anbarlarına hücumları artıq Rusiya ordusunun arsenalını zəiflədib. Toroptse və Tixoretskdəki anbarların dağıdılması raket və mərmi ehtiyatlarını azaldıb”, - ISW yazır.

İnstitutun analitikləri bildirirlər ki, artilleriya və hava qüvvələrindəki üstünlüklərindən yararlanan Rusiya qüvvələri piyada qoşunlarını yerləşdirməzdən əvvəl indiyədək əhalinin məskunlaşdığı əraziləri aktiv şəkildə məhv edib. Lakin Ukraynanın zərbələri hava əməliyyatlarını Rusiyanın dərinliklərini doğru sıxışdıraraq, Rusiya hava məkanından Ukrayna mövqelərinə zərbələr endirməyi çətinləşdirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  





Xəbər lenti