"YAŞAT" Fondu Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir

"YAŞAT" Fondu Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir
  06 Mart 2025    Oxunub:544
5 mart 2025-ci il tarixində "YAŞAT" Fondunun ölkəmizdə fəaliyyət göstərən bankların nümayəndələri ilə görüşü baş tutub.
Tədbir Azərbaycan Banklar Assosiasiyası ilə birgə əməkdaşlıq çərçivəsində gerçəkləşib. "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid ailə üzvlərinə və müharibə əlillərinə dəstək istiqamətində həyata keçirilən işlər, sosial layihələr və təşəbbüslər barədə məlumat verib.

Həmçinin müvafiq çərçivədə nəzərdə tutulan məsələlər və prioritet hədəflər diqqətə çatdırılıb.

Görüş iştirakçıları arasında qeyd olunan məqamlar üzrə əməkdaşlıq perspektivləri, Fondun fəaliyyəti üzrə icra olunacaq layihələrə mümkün dəstək tədbirləri müzakirə edilib.

"YAŞAT" Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti