Makron: “Ukrayna savaşı dünya müharibəsinə çevrilib”

Eyni zamanda, Makron dünyanın “yeni dövrə” daxil olduğuna əmindir.
“Müttəfiqimiz olan Birləşmiş Ştatlar bu müharibə ilə bağlı mövqeyini dəyişib, Ukraynanı daha az dəstəkləyir və bundan sonra nə olacağına dair şübhələr yaradır. Təhlükəsizliyimiz və rifahımız daha da qeyri-müəyyənləşib və bunu demək lazımdır: biz yeni dövrə qədəm qoyuruq”, - Fransa prezidenti deyib.
Sülh bağlandıqdan sonra Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyasını bir daha dəstəkləyən Makron, həmçinin bütün Avropa İttifaqını (Aİ) qorumaq üçün Fransanın nüvə silahının istifadəsi ilə bağlı müzakirələrə başlamaq qərarına gəldiyini açıqlayıb.
- Biz Ukraynada sülh planı hazırlamışıq. Gələn həftə Fransa Ukraynada gələcək sülhə zəmanət verməyə hazır olan ölkələrin baş qərargah rəislərini toplayacaq. Rusiya 2030-cu ilə qədər daha 3 milyon insanı səfərbər etmək, həmçinin 4 min tank qurmaq istəyir və Moskvanın Ukraynada dayanıb-dayanmayacağı məlum deyil”, - Fransa prezidenti bildirib.
Makron Ukraynada atəşkəsə qarşı çıxaraq qeyd edib ki, sülh istənilən qiymət bahasına və Rusiya diktaturası altında qurula və Ukraynanın təslimçiliyi demək ola bilməz.
Sahil İsgəndərov
AzVision.az