Andrey Yermak Vaşinqtonla dil tapıb

“Biz qatarı 100% relslərə qaytarırıq. Mineralların hasilatı üzrə mənfəətin bölüşdürülməsi sazişi qısa zamanda imzalanacaq ki, bu da Birləşmiş Ştatlar və Ukrayna arasında güclü uzunmüddətli iqtisadi tərəfdaşlığa gətirib çıxaracaq. Bu müqavilənin imzalanması təbii ki, təhlükəsizlik yardımını təmin edəcək”, - amerikalı konqresmen vurğulayıb.
Lakin Fitspatrik imzalanmanın texniki baxımdan nə vaxt və necə baş tutacağını – Ukrayna hökumət heyətinin Vaşinqtona səfər edəcəyini, yoxsa sənədin distant şəkildə imzalanacağını dəqiqləşdirməyib.
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak da, öz növbəsində, amerikalı konqresmenlə danışıqlar apardığını təsdiqləyib.
- Biz ədalətli dünyaya doğru hərəkəti və ABŞ ilə mineralların hasilatı sazişini müzakirə etdik. Bizə iki ölkə arasında iqtisadi tərəfdaşlıq lazımdır. Qarşılıqlı anlaşma var, biz dövlətlərimizin rəhbərlərinin qəbul etməli olduğu qərara doğru gedirik”, - Yermak deyib.
Qeyd edək ki, daha əvvəl sazişlə bağlı xəbərlərin anonsunu verən ABŞ prezidenti Donald Tramp martın 4-də axşam bu barədə Konqresə müraciətində danışacağını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Fitspatrik Yermak minerallar