Ali Rada Trampa müraciət etdi

   Ali Rada Trampa müraciət etdi
  04 Mart 2025    Oxunub:397
Ukrayna parlamenti ABŞ prezidenti Donald Trampa, Amerika Konqresinə və xalqına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, müraciətin mətni Ukrayna KİV-lərində yayımlanıb.

“Ukrayna xalqı sülhü hamıdan çox istəyir və inanır ki, Trampın şəxsi rolu və sülhməramlı səyləri döyüşlərin tez bir zamanda dayandırılmasında həlledici olacaq.

Rada Trampın danışıqlar prosesinin başlaması ilə bağlı təşəbbüslərini alqışlayır və xüsusilə mineralların hasilatı sahəsində ABŞ ilə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayır.

Ukrayna müstəqil və suveren dövlət kimi, Ukrayna xalqı isə azad və fəth olunmamış qalmalıdır”,
– müraciətdə deyilir.

Ukraynalı parlamentarilərin müraciəti Ali Radanın rəsmi saytında yerləşdirilib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rada   Tramp   müraciət  





Xəbər lenti