![]() |
ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırıb |
Qonçarenkonun fikrincə, belə bir vəziyyətdə Ukrayna rəhbərliyi emosiyaları dayandırmalı və sağlam düşüncəyə önəm verməlidir. Deputat xatırladıb ki, hazırda rəsmi Kiyev tamamilə Vaşinqtonun dəstəyindən asılıdır. Bu baxımdan ABŞ-yə qarşı deyil, Trampla birgə oynamaq lazımdır.
Bununla belə siyasətçi ölkə rəhbərliyini qarşıya qoyulan məqsədlərə nail olmaq üçün konkret tədbirləri əks etdirən və ABŞ-nin köməyi olmadan “sağ qalma planı”nın hazırlanmasına çağırıb.
“Vəziyyət hələ tam nəzarətdən çıxmayıb. Biz bu durumdan hələ də böyük itkilər olmadan çıxa bilərik”.
Parlamentarinin sözlərinə görə, təklif olunan variantın reallaşması üçün Zelenski siyasi reytinqi uğrunda mübarizəni dayandırmalı olacaq.
Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.
Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib.
Tural Tağıyev
AzVision.az