Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb

   Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb
  03 Mart 2025    Oxunub:324
Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
AzVision.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Diplomat qeyd edib ki, görüş zamanı ikitərəfli gündəliyin genişləndirilməsi, tərəflərin strateji prioritetləri və geniş regionda geosiyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti