Bolqarıstanla Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Bolqarıstanla  Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
  03 Mart 2025    Oxunub:353
Bolqarıstan enerji sektorunda Azərbaycan ilə strateji əməkdaşlığı daha da inkişaf etdirməyə ümid edir.
AzVision.az xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda ölkəsinin Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.

“Energetika tərəfdaşlığımızın əsas sahələrindən biridir. Bu sahədə əlaqələrimiz strateji əhəmiyyət kəsb edir. Azərbaycan Bolqarıstanın illik qaz istehlakının demək olar ki, yarısını təmin edir və biz enerji əlaqələrinin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, - diplomat deyib.

Səfir həmçinin əlavə edib ki, Bolqarıstan Xəzər regionundan Avropaya yaşıl enerjinin ötürülməsi üzrə təşəbbüslərin inkişaf etdirilməsində maraqlıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti