Ankara: "Rusiya ilə münasibətlər qaydasındadır"

      Ankara:    "Rusiya ilə münasibətlər qaydasındadır"
  03 Mart 2025    Oxunub:408
"Moskva ilə Ankara arasında münasibətlərin soyuması ilə əlaqəli iddialar, ən yüngül ifadə ilə desək, təəccüb doğurur".
Bu sözləri Türkiyədəki adı çəkilməyən yüksəkvəzifəli diplomatlardan biri "RİA Novosti"yə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, ölkələr arasıdna əməkdaşlıq bütün sahələrdə uğurla irəliləyir.

"Belə bir vəziyyətdə bu cür söhbətlərin haradan gəldiyi bizi heyrətləndirir. Axı nəyə şərh verək?", - diplomat deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da ötən günlərdə jurnalistlərə açıqlamasında sözügedən iddialarla bağlı suala oxşar cavabı vermişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   münasibətlər  





Xəbər lenti