"Ümidvarıq ki, sabahkı sammitdə bütün tərəflərin az-çox razılaşacağı real təklif eşidəcəyik. Belə bir vəziyyətdə, yəni vasitəçi ABŞ və Misirin, o cümlədən digər ərəb ölkələrinin təklifləri açıqlananda İsrail də konkret mövqeyinə qərar verməlidir", - ABŞ-nin Corctaun Universitetinin Qətərdəki filialının professoru Luçiano Zakkara agentliyə açıqlamasında deyib.
![]() |
Qəzzada atəş yenidən qığılcımlanır |
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evə onun qəbuluna gələndə sözügedən planını dilə gətirmişdi. O, bütün fələstinlilərin müharibə nəticəsində xarabaya çevrilən Qəzzadan daha təhlükəsiz ərazilərə köçürüləcəyini, ərazini birbaşa ABŞ-nin nəzarətə götürəcəyini diqqətə çatdırmışdı. O hətta özünün "Truth" hesabında bu planına dair süni intellektlə hazırlanmış videoçarx da paylaşıb. Videodan görünür ki, Tramp Qəzzanı "öz məşum keçmişindən qurtararaq, işıqlı turizm mərkəzinə çevirmək" arzusundadır.
Firudin Həmidli
AzVision.az