Fevralda sərhəddə 16 milyon manatlıq qaçaqmal tutulub

   Fevralda sərhəddə 16 milyon manatlıq qaçaqmal tutulub
  03 Mart 2025    Oxunub:400
Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında deyilir. Bildirilib ki, ötən ay 20 ədəd 9 mm-lik tapança mərmisi, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

DSX tərəfindən fevral ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti