Zelenski Lindsi Qremi Ukrayna vətəndaşı olmağa çağırıb

“Mən Qremə Ukrayna vətəndaşlığı verə bilərəm və o, ölkəmizin vətəndaşı olacaq. Sonra onun səsi avtpritet toplamağa başlayacaq və mən onun Ukrayna vətəndaşı kimi “Kim prezident olmalıdır” iddiasını eşidəcəm. Ukrayna prezidenti Lindsi Qremin evində deyil, Ukraynada seçiləcək”, - Zelenski amerikalı senatorun ünvanına sarkastik bəyanat səsləndirib.
Xatırladaq ki, respublikaçı senator Lindsi Qrem müharibədə Ukraynaya yardımın davam etdirilməsinin ən qatı tərəfdarlarından biri kimi uzun müddət Kiyevin “dostları” siyahısında olub. Lakin Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında aparılan danışıqları “tam fəlakət” adlandıran senator Ukrayna prezidentini istefa verməyə çağırıb.
Həmin danışıqları “Fox News” telekanalına şərh edən Lindsi Qrem Trampla “qürur duyduğunu” vurğulayaraq, amerikalıların Zelenski ilə yenidən “iş görə biləcəyini” şübhə altına alıb: Zelenski ya istefa verməli və iş görə biləcəyimiz birini göndərməli, yaxud da özü dəyişməlidir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Zelenski Qrem qarşıdurma