Azərbaycan səfiri iranlı deputatlarla görüşdü

Azərbaycan səfiri iranlı deputatlarla görüşdü
  03 Mart 2025    Oxunub:421
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran – Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ilə ikitərəfli əlaqələri müzakirə edib.
Bu barədə Tehrandakı diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycan Res. İran İR-dəki səfiri Ə.Əlizadə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyf Bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb”, – səfirliyin mətbuat xidməti qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti