Britaniya Ukraynaya raket almaq üçün 1,6 milyard verəcək

Britaniya Ukraynaya raket almaq üçün 1,6 milyard verəcək
  03 Mart 2025    Oxunub:422
Londonda Avropa liderlərinin sammitindən sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətin Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində ixrac maliyyəsi ayıracağını elan edib.
Baş nazir bu vəsait hesabına Ukraynanın beş mindən çox hava hücumundan müdafiə raketi ala biləcəyini deyib.

Bu raketlərin Belfastda istehsal ediləcəyini vurğulayan Kir Starmer, bunun Böyük Britaniyanın müdafiə sektorunda yeni iş yerləri yaradacağını da bildirib. O, bu addımın Ukraynanın danışıqlara daha güclü mövqedən çıxış etməsi üçün atıldığını qeyd edib.


AzVision.az


Teqlər:





Xəbər lenti