Hacıqabulda 11 yaşlı uşağı qatar vuraraq öldürüb

Hacıqabulda 11 yaşlı uşağı qatar vuraraq öldürüb
  01 Mart 2025    Oxunub:343
Bu gün saat 15:30 radələrində Hacıqabul-Pirsaat istiqamətində hərəkətdə olan qatarın qarşısına yeniyetmə oğlan çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən AzVision.az -a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs aldığı xəsarətdən vəfat edib.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Azərbaycan Dəmir Yolları piyadalara bir daha xəbərdarlıq edir ki, dəmiryol xəttini yalnız təyin olunmuş yerlərdən keçsinlər, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etsinlər.

AzVision.az


Teqlər: qatar   qəza  





Xəbər lenti