Maşının saxlanc yerində Türkiyəyə qaçmaq istədi

   Maşının saxlanc yerində Türkiyəyə qaçmaq istədi
  27 Fevral 2025    Oxunub:359
Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


AzVision.az





Teqlər:





Xəbər lenti