Zelenski İrlandiyaya gedir

Tərəflərin görüşü fonunda ölkənin Avropa işləri və müdafiə üzrə dövlət naziri Tomas Birn Ukraynada müharibənin həlli ilə əlaqədar keçirilən konfransda vurğulayıb ki, rəsmi Dublin Kiyevə dəstəyinə sadiqdir.
"İrlandiya Avropa İttifaqındakı tərəfdaşları ilə birgə Ukraynanın irəli sürdüyü şərtlər əsasında hərtərəfli, ədalətli və davamlı sülh üçün öz dəstəyini əsirgəməyəcək. Belə bir sülh prosesi Ukraynanın suverenliyini, ərazi bütövlüyünü nəzərə almalı, Birləşmiş Millətlər Təşkilatının nizamnamələrinə, beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır", - o deyib.
Volodimir Zelenski Dublindən birbaşa Vaşinqtona gedərək, həmkarı Donald Trampla Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsinə dair sazişi imzalayacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: Ukrayna Zelenski səfər İrlandiya ABŞ