HƏMAS: "Atəşkəs pozulsa, əsirlər qaytarılmayacaq"

      HƏMAS:    "Atəşkəs pozulsa, əsirlər qaytarılmayacaq"
  27 Fevral 2025    Oxunub:404
"Mübadilə çərçivəsində indiyədək qalan əsirlərin azadlığa buraxılmasının yeganə yolu atəşkəs sazişinə sadiq qalmaqdır".
Bu barədə Fələstinin HƏMAS qruplaşmasının "Telegram" kanalında yayılan bəyanatda bildirilir. Sazişə öz növbəində sadiq qaldığını qruplaşma vurğulayır ki, Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsi üzrə danışıqlara başlamağa hazırdır.
WSJ: "HƏMAS hücuma hazırlaşır"

Digər tərəfdən, dünən "The Wall Street Journal" qəzetinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, HƏMAS özü Qəzzada İsrailə qarşı yenidən döyüşlərə başlamaq niyyətindədir.

"Onlar bu məqsədlə təlimlər keçir, öldürülmüş komandirlərin yerinə yeni komandirlər gətirir, habelə öz mövqelərini gücləndirirək, yeraltı tunellərdə təmir işləri aparırlar. Belə görünür ki, Qəzzada atəşkəsin pozulması ehtimalını gözləyirlər. Təşkilata təzə qoşulanlara silahdan istifadə və s. məlumatlar almaları üçün broşürlər paylanır" , - qəzet yazır.

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında HƏMAS və İsrail arasında üçmərhələli atəşkəs sazişi qüvvəyə minib. Atəşkəsin ikinci mərhələsi fevralın 3-də başlamalı idi. Bu müddət ərzində tərəflər arasında əsir mübadiləsi həyata keçirilir. Eyni zamanda, HƏMAS da, İsrail də bir-birini tez-tez atəşkəsi pozmaqda günahlandırır.

Atəşkəsin mümkün surətdə geniş miqyasda pozulması ehtimalına qarşı İsrail də hazırlıqlar görür. Fevralın 21-də müdafiə naziri İsrael Kats İordan çayının qərb sahilində antiterror fəaliyyətinin gücləndirməsi ilə əlaqədar İsrail Silahlı Qüvvələrinə tapşırıq verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   əsirlər   münaqişə  





Xəbər lenti