Məmurlar Maska “savaş” elan edirlər

      Məmurlar Maska “savaş” elan edirlər
  26 Fevral 2025    Oxunub:339
ABŞ-da prezident Donald Trampın təyin etdiyi məmurlarla milyarder İlon Mask arasında qarşıdurma yaşanır.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” qəzetinin yazdığına görə, Ağ Ev iş adamı İlon Maskın rəsmi şəkildə Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik etmədiyin, sadəcə, Tramp administrasiyasına məsləhətlər verən “xüsusi dövlət işçisi” olduğunu bildirir.

“Agentliyin əsl rəhbəri, daha doğrusu, rəhbərin səlahiyyətlərini icra edən şəxs, Trampın ilk prezidentliyi dövründə ABŞ Rəqəmsal Texnologiyalar Xidmətində rəqəmsal xidmətlər üzrə mütəxəssis kimi çalışmış Emi Qlisondur. Bu xidmət əsasında DOGE sonradan yaradılıb”, - məlumatda deyilir.

Ağ Ev administrasiyası federal departamentlərin rəhbərlərinə bildirib ki, onlar Maskın görülən işlər barədə hesabat verməyən əməkdaşları işdən çıxarmaq tələbinə məhəl qoymaya bilərlər. ABŞ-nin Kadrlarla iş üzrə İdarəsi agentliklərin hesabat təqdim etməsinin lazım olduğun, lakin rəhbərlərin bəzi əməkdaşlar üçün istisnalar edə bilməsini açıqlayıb.

Kimlər Maska tabe olmaq istəmir? - WSJ
Bundan əlavə, istisnalar və onların səbəbləri barədə şöbəyə məlumat verilməlidir, bu müstəvidə hansı tədbirlərin görülməsi ilə bağlı qərar isə şöbələrin rəhbərliyinin səlahiyyətində qalır.

Açıq şəkildə bu cür hərəkətləri pisləyən İlon Mask onun əmrini yerinə yetirməyin vacibliyini vurğulayıb. Qeyd edək ki, büdcə xərclərinin optimallaşdırılması üzrə İlon Maskın atddığı ilk sərt addımlar artıq Donald Trampın komandasında və amerikalı məmurların sıralarında ciddi narazılıq doğurmağa başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   məmurlar  





Xəbər lenti