XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər

XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər
  26 Fevral 2025    Oxunub:299
Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibdə görüş olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.

Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın Konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

AzVision.az


Teqlər:





Xəbər lenti