ABŞ və Rusiya nümayəndələri Türkiyədə görüşəcəklər

“Biz bildirdik ki, yüksək səviyyəli diplomatlarımız, ekspertlərimiz Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmaq üçün əvvəlki administrasiyanın qanunsuz fəaliyyəti nəticəsində toplanmış sistemli problemləri qarşılayacaq və nəzərdən keçirəcəklər. Belə bir görüş sabah İstanbulda baş tutacaq”, - Sergey Lavrov Dohada keçirdiyi mətbuat konfransında deyib.
Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlarda əldə olunan razılaşmalardan biri səfirlik işçilərinin ştatının bərpası məsələsidir.
Sahil İsgəndərov
AzVision.az